Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən sahibkarlara dəstək – Fərman

Tarix: 16-09-2017 08:52     Baxış: 4270 A- / A+
Prezidentdən sahibkarlara dəstək

Ölkənin sosial-iqtisadi inkişafı üçün kiçik və orta sahibkarlıq əsas dayaq nöqtələrindəndir.

Bu sözləri Axar.az-a iqtisadçı alim Vüqar Bayramov Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu ASC-nin yaradılması ilə bağlı Prezident fərmanını şərh edərkən deyib. Onun sözlərinə görə, bu layihə Strateji Yol Xəritəsində öz əksini tapmışdı:

“2017-ci ildə nəzərdə tutulan fəaliyyətlərdən biri də Kredit Zəmanət Fondunun yaradılmasıdır. Prezident İlham Əliyev artıq bununla bağlı fərman imzaladı. Bu fondun yaradılmasında əsas məqsəd kiçik və orta sahibkarların kreditlərə çıxış imkanlarını artırmaqdır. Nəzərə almalıyıq ki, bu gün kiçik və orta sahibkarların kreditlərə çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdən sayılır. Çünki müxtəlif sahələrin inkişafı birbaşa onların fəaliyyətinin məhsuldarlığından asılı olur. Belə bir fondun yaradılması kiçik sahibkarların daha ucuz kredit əldə etməsinə və inkişafına şərait yaradacaq. Həmçinin, kiçik və orta sahibkarlara kreditlərin təqdim edilməsinin sistemləşdirilməsinə kömək edəcək”.

Ekspert bildirib ki, fondun yaradılması müxtəlif sahələrdən sahibkarları cəlb etməklə, həmin pulları güzəştli kredit formasında kiçik və orta sahibkarlara təqdim etməyi mümkün edəcək:

“Bu da kiçik sahibkarlığın maliyyə təminatının gücləndirilməsinə gətirib çıxaracaq. Fikrimcə, bu fondun yaradılması Azərbaycanda sözügedən sahibkarlığın dəstəklənməsi üçün əhəmiyyətlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu Açıq Səhmdar Cəmiyyəti yaradılıb

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar