Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

37 min ton Azərbaycan nefti satışa çıxarılacaq

Tarix: 04-09-2017 17:15     Baxış: 2223 A- / A+
37 min ton Azərbaycan nefti satışa çıxarılacaq


Bu ay ərzində “Ukrtransnafta” Kremençuq Neft Emalı Zavodunda (NEZ) saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.

Report xəbər verir ki, bu barədə “Enkorr” saytına “Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik bildirib.

“Hazırda Kremençuq zavodunda 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən bu həcmi satmalıyıq. Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”, - o qeyd edib.

Məlumata görə, sentyabrın 5-i üçün nəzərdə tutulan ticarət bülletenində qeyd edilib ki, “Ukrtransnafta” Ukrayna Energetika Birjasında “Azeri Light” markalı 12 min ton nefti satışa çıxarıb. Hərracın əvvəlki kimi diferensial rejimdə keçirilməsi gözlənilir. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.

Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar