Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Azeri Light” neftinin hasilatı azaldı

Tarix: 17-08-2017 18:26     Baxış: 3191 A- / A+
“Azeri Light” neftinin hasilatı azaldı

2017-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə təqribən 230 milyon dollar əməliyyat məsrəfləri və 601 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bu barədə “BP Azərbaycan”ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.
İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci yarımildə AÇG-dən ümumi hasilat – “Çıraq” (56 000), “Mərkəzi Azəri” (129 000), “Qərbi Azəri” (116 000), “Şərqi Azəri” (77 000), “Dərinsulu Günəşli” (120 000) və “Qərbi Çıraq” (87 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə 106 milyon bareldən artıq, yəni 14 milyon tondan artıq təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 16 milyon ton olub.
Birinci yarımilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub. Bu dövr ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.
Bundan başqa, 2017-cı ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 10 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).azerbaycan24.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar