Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

İpoteka ilə bağlı yenilik

Tarix: 11-08-2017 11:26     Baxış: 5325 A- / A+
İpoteka ilə bağlı yenilik

İpoteka müqavilələrinə müxtəlif yeniliklər tətbiq edilə bilər. Təkliflər Banklar Asossiasiyası tərəfindən hazırlanaraq banklara göndərilib. Təkliflərin bir qismi indidən ciddi müzakirələrə səbəb olub
İpoteka müqavilələrinin məzmunu ilə bağlı ciddi dəyişikliklər ola bilər. Banklar Assossiasiyasından verilən məlumata görə artıq bununla bağlı kommersiya banklarına təkliflər göndərilib.
Təkliflərdən biri vətəndaşın götürdüyü krediti qaytara bilmədiyi təqdirdə bankın əmlakı məhkəməyə müraciət etmədən satışa çıxara bilməsi ilə bağlıdır.Hazırki təcrübəyə əsasən məhkəməyə müraciət edilmədən əmlak o zaman satışa çıxarıla bilər ki, vətəndaşın notarial qaydada razılığı tələb edilir. Amma yeni təklif bu razılığın məhdudlaşdırılmasını nəzərdə tutur. Hüquqşünas Anar Ramazanov deyir ki, bu təklif vətəndaşın hüquqlarının pozulmasına və ciddi mübahisələrə səbəb olacaq.
Digər təklif ipoteka predmeti olan əmlakın satışından əldə edilən gəlirin hansı formada bölüşdürülməsinin müqaviləyə daxil edilməsidir. Ekspertin sözlərinə görə bu, vətəndaşların xeyrinə olan bir müddəadır. Çünki sui-istifadə hallarının qarşısı müəyyən qədər alına bilər.
Bundan əlavə əmlakın açıq bazarda satışı zamanı əmlakın ilkin qiymətin müstəqil qiymətləndiricilər tərəfindən qoyulması nəzərdə tutulub. Bu da əmlakın qiymətinin real bazar dəyərində qiymətləndirilməsinə, son nəticədə isə vətəndaşın ziyana düşməsinin qarşını ala bilər. Hazırki qaydalara əsasən isə açıq bazarda satış zamanı razılıq tərəflər arasında əldə edilirdi.Bu zaman banklar əmlakı özlərinə sərf edən qiymətə sata bilirdilər.
Bu arada qeyd edək ki, bu gündən etibarən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs “Elektron hökumət” portalına daxil olaraq müraciət edə bilər.İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar