Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yanvarın 1-dən maaşımızdan 0,5 faiz tutulacaq – YENİ QANUN

Tarix: 09-08-2017 23:10     Baxış: 4222 A- / A+
Yanvarın 1-dən maaşımızdan 0,5 faiz tutulacaq


Dövlət başçısı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununu təsdiq edib və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.
Qeyd edək ki, yeni qanun vətəndaşın iş yerini itirdiyi andan yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin kompensasiya olunmasına, eləcə də, əmək bazarına təkrar qaytarılmasına kömək etmək məqsədini daşıyır. İşsizlikdən sığortanın subyektləri (sığortaçı, sığortaolunanlar və sığortaedənlər) arasındakı münasibətləri tənzimləyən bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanunu Oxu.Az-a şərh edən hüquqşünas Oktay Məhərrəmov bildirib ki, qanuna əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı, ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilməsi hallarında sərbəstləşmiş işçilərin gəlir itkilərini qarşılamaq üçün işəgötürənlər ümumi əməkhaqqı fondunun 0,5 faizi, işçilər isə öz əməkhaqqlarının 0,5 faizi həcmində vəsait ödəməli olacaqlar: “Məsələn, əmək haqqı fondu 10000 manat olan müəssisə hər ay 50 manat, əmək haqqı 1000 manat olan işçi isə öz növbəsində 5 manat sığorta haqqı ödəyəcəkdir. İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını isə Sosial Müdafiə Fondu həyata keçirəcək”.
O ki qaldı indiyə qədər bu prosesin necə icra edilməsinə, O.Məhərrəmov deyir ki, işsiz qalan şəxs məşğulluq idarəsinə üz tuturaraq orada işsiz kimi qeydiyyata dururdu: “Bundan sonra işsizlik müavinəti alırdı. İşsizlərə verilən bu məbləğ olduqca aşağı idi. O cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi. Artıq bu yük büdcənin üzərindən götürülür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar