Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda köhnə mənzillər ucuzlaşdı

Tarix: 29-07-2017 10:15     Baxış: 3251 A- / A+
Bakıda köhnə mənzillər ucuzlaşdı

“Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2017-cu ilin iyununda 0,59 faiz azalıb”.
Bunu trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, bir ay ərzində torpaq, kirayə mənzil və kommersiya obyektləri bazarında qiymətlər artıb, təkrar və ilkin mənzillərin qiyməti, kommersiya obyektlərinin icarəsi azalıb: “İyunda köhnə mənzillərin kvadrat metrinin dəyəri 1 737 manatdan 1 614 manata qədər (7,24 faiz), ilkin mənzillərin kvadrat metri 1452-dan 1 432 manata (1,41 faiz), kommersiya obyektlərinin icarə qiyməti – bir kvadrat metr üçün 13,77 manatdan 13,57 manatadək azalıb. Eyni zamanda torpaq sagələrinin 100 kv. m. dəyəri 20 118 manat təşkil edib ki, bu da may ayının göstəricisindən 0,7 faiz çoxdur (20 105 manat). Kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 4,89 faiz artıb (2 926 manatdan 3 069 manata), mənzillərin icarə qiyməti isə bir kvadrat metr üçün 8,83 manatdan 8,92 manata, yəni 0,96 faiz artıb”.
Onun sözlərinə görə, ilin əvvəlindən bazarda ümumilikdə 0,56 faiz artım müşahidə olunur, halbuki bazarının ayrı-ayrı seqmentlərində göstəricilər azalma nümayiş etdirir: “Belə ki, ilkin və təkrar bazarda evlərin qiyməti müvafiq olaraq 5,12 və 9,45 faiz, torpağın qiyməti 4,52 faiz, kommersiya obyektlərinin qiyməti 19,91 faiz, mənzil və kommersiya obyektlərinin icarə qiyməti isə müvafiq olaraq 14,76 və 19,91 faiz azalıb”.
Nüsrət İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında qiymətlər il ərzində 23,27 faiz, təkrar mənzil 1,91 faiz, torpaq bazarında – 8,83 faiz artıb: “Ötən ilin iyun ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 17,4 faiz azalıb, mənzil və kommersiya obyektlərinin icarəsi isə müvafiq olaraq 8,58 və 4,67 faiz ucuzlaşıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar