Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Samsung” ən bahalı smartfonunu satışa çıxarmağa hazırlaşır

Tarix: 12-07-2017 18:24     Baxış: 3325 A- / A+
“Samsung” ən bahalı smartfonunu satışa çıxarmağa hazırlaşır

“Samsung Galaxy Note 8” smartfonu əvvəllər gözlənildiyi kimi, sentyabrın sonunda yox, əvvəlində satışa çıxarılacaq.

Manevr.az ICTnews-a istinadən xəbər verir ki, bu səbəb kimi sentyabrda növbəti nəsil “iPhone” modelinin təqdimatı göstərilir.

Məlumata görə, “Samsung Galaxy Note 8” əvvəlki modellə müqayisədə daha böyük ekranla (6,3 düym diaqonallı), eləcə də tərəflərinin nisbəti 18.5:9 ölçülü “Quad HD+” (2960 x 1440 piksel) təsvir ölçüsünə malik “Infinity Display” ekranla təchiz ediləcək. Qurğunun əsasını “Qualcomm Snapdragon 835” (və ya Snapdragon 836) yaxud “Exynos 8895” prosessorları, 6 giqabaytlıq operativ və 256 giqabaytadək quraşdırılmış yaddaş təşkil edəcək.

Bildirilir ki, “Galaxy Note 8” Cənubi Koreya istehsalçısının ilk ikikameralı smartfonu ola bilər. Qurğunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Qeyd edək ki, “iPhone 7 Plus” modeli də analoji konstruksiyaya malikdir. Bundan əlavə, akkumulyator tutumu 3300 milliamper/saata bərabər olacaq smartfonun “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

“Samsung Galaxy Note 8” smartfonunun təqdimatı avqustun 26-da Nyu-Yorkda keçiriləcək tədbirdə planlaşdırılır. Məlumata görə, “Galaxy Note 8” modeli “Samsung” şirkətinin ən bahalı smartfonu olacaq. Belə ki, qurğunun qiyməti Cənubi Koreyada təxminən 1000 dollar, Avropa, Cənubi və Şimali Amerikada 1100 dollar təşkil edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar