Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ləğv olunmuş bankın balansındakı ev hərracda — 2,4 milyona

Tarix: 11-07-2017 20:43     Baxış: 4302 A- / A+
Ləğv olunmuş bankın balansındakı ev hərracda


Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi 10 iyul 2017-ci il tarixdə ilkin satış qiyməti 2 363 250 (iki milyon üç yüz altmış üç min iki yüz əlli) manat olmaqla açıq hərraca çıxarılıb.

Manevr.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, açıq hərraca cıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

Bundan başqa, ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları ilkin satış qiyməti: 17 421 (on yeddi min dörd yüz iyirmi bir) manat olmaqla hərraca çıxarılıb.

Bu hərrac da alıcı müraciəti olmadığından baş tutmamış hesab olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar