Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiyaçılara ŞAD XƏBƏR : bu gündən pensiyalarını ala biləcəklər

Tarix: 11-07-2017 12:48     Baxış: 3232 A- / A+
Pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, cari ilin I yarısında daxilolmaların səviyyəsi əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinə, bəzi aylarda isə pensiyaların qrafikdən əvvəl hesablara köçürülməsinə imkan verib.
Bunu nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, ümumilikdə, cari ildə əmək pensiyalarının maliyyələşdirilməsində hər hansı problem müşahidə edilməyib: "Ötən aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafik əsasında vaxtında maliyyələşdirilməsi təmin olunacaq. Artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşməsi yekunlaşıb, bu gündən etibarən isə Bakı şəhərinin rayonları üzrə ödənişin həyata keçirilməsinə başlanılacaq".
Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davamı olaraq, hələ 2013-cü ildən hər ay üzrə əmək pensiyalarının ödənişi qrafiki bir qədər də əvvələ çəkilib: "Həmin vaxtdan etibarən pensiyaların maliyyələşdirilməsi işləri Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək tam yekunlaşdırılır. Həmçinin hər ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, hər ayın 18-dək respublika tabeli şəhərlər, hər ayın 24-dək respublikanın digər rayonları, hər ayın 29-dək isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasına aid pensiyaçılar üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılır. Qrafiklə nəzərdə tutulmuş tarixlər istirahət və ya bayram günlərinə təsadüf edirsə, pensiyaların ödənişi həmin günlərdən sonrakı iş günündə həyata keçirilir. Həmçinin, bayramlar və dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi aylarda pensiyaların ödənişi qrafiki müəyyən olunmuş vaxtdan da əvvəl icra olunur ki, bu da pensiyaçıların maraqlarının nəzərə alınmasından irəli gəlir. Qeyd olunan qrafikdən də aydın olur ki, hazırda pensiyaların ödənişində heç bir gecikmə yoxdur və iyul ayında da ölkəmizdə bütün növ pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək".(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar