Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Neft qalxır, manat güclənir? - Elman Rüstəmovun saldo nağılının ilginc detalları...

Tarix: 02-07-2017 09:18     Baxış: 5275 A- / A+
Neft qalxır, manat güclənir?


Mərkəzi Bank açıqlama yayıb

Manevr.az ulus.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə bildirir ki, avqusta uçot dərəcəsi aşağı salınacaq. Bu da bank-kredit faizlərini aşağı çəkəcək.


Ölkədə MB-ın uçot dərəcəsi 2,5% olan dövrdə kredit faizləri 20-25% idi. Yəni, uçot dərəcəsinin aşağı-yuxarı olmasının elə bir ciddi təsiri yoxdur.

Amma avqusta faizlər aşağı düşəcəksə, deməli manat kütləsi dövriyyədə artacaq, bu isə manatın ucuzlaşmasına səbəb olacaq.

Mərkəzi Bank bu ilin ilk 5 ayını 2016-cı ilin ilk 5 ayı ilə müqayisə edərək çox pozitiv və çətin cümlələr qurub - iqtisadiyyat artıb, xarici ticarətdə müsbət saldo var və bütün bunları aparılan siyasətin pozitiv nəticəsi kimi qeyd edib.

2016-cı ilin ilk 5 ayında neftin ortalama qiyməti ilə, 2017-ci ilk 5 ayının qiymətləri arasında 30% fərq var - neft bahalaşdı deyə, orta qiyməti 55 dollar oldu deyə bəzi rəqəmlər yaxşılaşdı - vəssalam.

İndi də neft 44 dollardır, cəmi 2-3 ay belə qalsa ÜDM-ın azalması sürətlənəcək, ticarət balansında mənfi saldo olacaq, Elman Rüstəmovun qurduğu bütün "uğur hekayəsi" suya düşüb axıb gedəcək.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə, ölkədə ilin ilk 5 ayında xarici ticarət dövriyyəsi 1,63 milyard dollar müsbət saldoya malik olub. Halbuki, ötən ilin eyni dövründə xarici ticarət balansında 242 milyon dollarlıq kəsir var idi.

Eyni zamanda nəzər almaq lazımdır ki, ötən illə müqayisdəə ixracatdan əldə edilən valyuta 1,36 milyard dollar artdığı halda idxala xərclənən valyuta 514,5 milyon manat azalıb.

Mərkəzi Bankın məlumatına görə bu ilin ilk 5 ayında dövriyyədə olan manatla pul bazası 7,8 milyard manat təşkil edib ki, bu da 2017-ci ilin yanvar ayına olan göstəricidən 1,2 milyard manatadək azdır.

Manatın möhkəmlənməsinin lehinə olan bu faktorların sayını bir az da artırmaq olar, lakin, hazırda başlıca məsələ onların nə dərəcədə dayanıqlı olmasındadır.

Bu isə iqtisadiyyatın mövcud durumundan və eyni zamanda aparılacaq islahataların keyfiyyətindən asılı olacaq.

Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər.

Bununla belə, əvvələrdə qeyd etdiyimiz kimi, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar