Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan üçün heç də yaxşı perspektiv vəd etmir" - Ekspert büdcəyə dəyişikliyi tənqid etdi

Tarix: 01-07-2017 07:25     Baxış: 3321 A- / A+
"Azərbaycan üçün heç də yaxşı perspektiv vəd etmir"


"Büdcədə son dəyişikliyə ehtiyac yox idi, çünki o ictimai vəsaitlərdən istifadənin səmərəsini daha da azaldacaq".

Manevr.az mia.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsinin xərcləri 1 mlrd 41 mln manat artırılaraq 17 mlrd 941 mln manata, gəlirləri 511 mln manat artırılaraq 16 mlrd 766 mln manata çatdırılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, artan büdcə xərclərinin quruluşu ilə tanışlıq hökümətin ilin ortasında büdcədə apardığı dəyişikliyin arxasında nələrin durduğunu açıq görməyə imkan verir: "Belə ki, dövlət büdcəsində edilən son dəyişikliyin əsas hədəfi xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avro bondların emissiyası həyata keçirilməsi üçün xarici dövlət borclanmasının yuxarı həddinin 4 mlrd. manat və ya 9 dəfə artırılaraq 4,5 mlrd. manata qaldırılmasıdır. Bundan əlavə büdcənin artan xərcləri arasında lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 mln. manatın və qazın qiymət fərqi ilə bağlı dəyən zərərin örtülməsi üçün Dövlət Neft Şirkətinə 250 mln. manatın ayrılması da diqqəti cəlb edir. Bununla yanaşı, artan büdcə xərclərinin cüzi bir hissəsi də sosial və digər istiqamətlərə yənələcək. Artan büdcə gəlirlərinin formalaşması Mərkəzi Bankın mənfəətindən 250 mln. manat ayrılması, Vergilər Nazirliyinin yığım planının 135 mln. manat, Gömrük Komitəsi isə 50 mln. manat artırılması və sair mənbələr hesabına təmin ediləcək. Göründyü kimi, bu il əsasən vergi ödəyicilərinin hesabına təmin ediləcək dövlət büdcəsində son dəyişiklik daxili və xarici borcların ödənilməsi sahəsində yaranmış gərginliyin aradan qaldırılmasına xidmət edir. Bu isə ictimai vəsaitlərdən istifadənin səmərsini aşağı salır, dövlət şirkətlərinin kreditorlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində icraçı təşkilatların məsuliyyətini azaldır".

Ekspertin qənaətincə, əslində belə dəyişikliklər ötən iki ildə manatın devalvasiyası və istehlak qiymətlərin artması və əmək haqlarının isə dondurulmuş vəziyyətdə saxlanılmasına görə yaranmış sosial ədalətsizliyin aradan qaldırılmasına, xüsusilə də büdcə təşkilatlarında işləyənlərin maaşlarının artırılmasına yönəlməli idi: "Onsuz da çoxlu mənasız və səmərəsiz xərclərlə yüklənən 2017-ci ilin dövlət büdcəsində edilən son dəyişikliklər büdcədən siyasi məqsədlər üçün istifadən və vergi ödəyicilərinn maraqlarının nəzərə alınmamasının əyanı göstəricisi sayıla bilər. Bu xüsusilə də iqtisadiyyatı tənəzzül dövründə olan Azərbaycan üçün heç də yaxşı perspektiv vəd etmir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar