Sizin Reklam Burada
Xəbər lenti
18-12-2024
17-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ət bahalaşdı

Tarix: 14-12-2024 13:21     Baxış: 477 A- / A+



Azərbaycanda bu il ət və ət məhsullarının qiymətində artım baş verib.
Manevr.az xəbər verir ki, 2024-cü ilin geridə qalan dövrü ərzində mal, qoyun, toyuq ətləri və onların hissələrinin qiymətində fərqlər görünür. 
Ən çox qiymət artımı mal və qoyun ətində qeydə alınıb. 
Bu ilin yanvarında mal ətinin bir kiloqramının orta qiyməti 13,5 manat idi. Amma noyabrın sonunda orta qiymət 14,5 manatı ötüb. 
Qoyun ətinin qiymətində də ciddi fərq var. İlin əvvəlində bir kiloqramı orta hesabla 16 manat olan qoyun əti dekabrın əvvəlində 18 manata satılıb.  
Qeyd edək ki, həm mal, həm də qoyun ətlərində çeşidə görə qiymət fərqi böyükdür. Belə ki, cavan və erkək heyvanların ətləri daha baha satılır. Əhali arasında da belə heyvanların ətinə tələb daha böyükdür. Dekabrın əvvəlində cavan və erkək iribuynuzlu heyvanın ətinin qiyməti 15,5-16 manat, quzu ətinin qiyməti isə 20 manat olub. 
Mal və qoyun ətinin bahalaşması əhalidə toyuq ətinə tələbi artırıb. Buna görə də 2024-cü ildə toyuq əti də bahalaşıb. İlin əvvəlində kiloqramının qiyməti orta hesabla 5,8 manat olan toyuq əti dekabrın əvvəlində 6,1 manata satılıb. Müqayisə edilən dövrdə toyuq filesinin qiyməti 8,9 manatdan 9,2 manata, toyuq budunun qiyməti 4,6 manatdan 4,8 manata yüksəlib. 
Dekabrdakı ilkin qiymət müşahidələri göstərir ki, mal, qoyun və toyuq ətinin qiymətində artım ilin sonuncu ayında da davam edəcək.Dekabrın bayram ayı olması da qiymətlərin artmasını bir qədər gücləndirəcək.sfera.az 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar