Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Vətəndaş bankdakı pulunu geri ala bilmir -VİDEO

Tarix: 21-06-2017 07:05     Baxış: 4288 A- / A+
Vətəndaş bankdakı pulunu geri ala bilmir


Pulunu banka yatıran vətəndaş indi onu geri ala bilmir. Gəncə şəhər sakini Elmira Məmmədova belə iddia edir. Manevr.az "xəzər xəbər"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, həyat yoldaşı Gəncədə yerləşən banklardan birinə ayrı-ayrı vaxtlarda ümumilikdə 108 min manat və 179 min dollar yatırıb. Pulu geri almaq istəyəndə isə bank pulu qaytarmayıb. İndi həmin bank bağlanıb.

Həyat yoldaşının banka 108 min manat və 179 min dollar depozit qoyduğunu iddia edən vətəndaş indi pullarını geri ala bilmədiyini deyir. Elmira Məmmədovanın sözlərinə görə, onun həyat yoldaşı Rəşid Hüseynov Rusiyada yaşayıb. Orda qazandığı pulları Azərbaycana gətirərək United Kredit Bankın Gəncə filialına qoyub.
Daha sonra isə Rəşid Hüseynov işləri ilə əlaqədər Rusiyaya qayıtmalı olub. Bu əsnada isə bank bağlanıb.
Daha sonra isə Rəşid Hüseynov pulunu tələb etmək üçün bankı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Ancaq çox keçməyib ki, Rəşid Hüseynov 2015-ci ildə Rusiyada qətlə yetirilib. Mərhumun vəfat etməsinə baxmayaraq, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi işi araşdırıb. Ümumilikdə 108 min manat pulun mənimsənildiyi müəyyən edilib.
Elmira Məmmədova bu məbləğlə razılaşmayıb və iş məhkəməyə göndərilib. Vətəndaşın dediyinə görə, proses 7 ay davam edib və sonda məhkəmə iddianı baxılmamış saxlayıb.
Elmira Məmmədovanın sözlərinə görə, məsələ ilə bağlı həmçinin Əmanətlərin Sığortalanması Fonduna da müraciət edib. Ancaq fonddan Rəşid Hüseynovun adına heç bir hesabın olmadığı bildirilib.
Əmanətlərin Sığortalanması Fondu ilə biz də əlaqə saxladıq. Fonddan bildirildi ki, quruma hələ ki, belə bir müraciət daxil olmayıb. Əgər müraciət olarsa, həmin şəxsin hesabına baxıla bilər.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar