Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qızılın ucuzlaşması davam edəcək

Tarix: 20-06-2017 13:37     Baxış: 1276 A- / A+
Qızılın ucuzlaşması davam edəcək
Dünya bazarında qızılın qiyməti son 1 ayın minimum həddinə düşüb.
Hazırda 1 248 ABŞ dollarına satılan qızıl hər unsiyasının qiyməti son 1 ayda 4% geriləyib.
Qızılın qiymətinin ucuzlaşması qlobal maliyyə bazarlarında riskli aktivlərə tələbatın artması ilə yanaşı Federal Ehtiyat Sisteminin (FED) iyun ayında uçot dərəcəsini artırması ilə bağlı olub. "Report"un analitik qrupu bildirir ki, qızılın qiymətinin texniki təhlilləri də onu göstərir ki, 1 300 dollar/unsiya səviyyəsində önəmli maneə mövcuddur. Bu səviyyəni iyun ayının 6-7-də keçə bilməyən qızıl kəskin ucuzlaşma ilə üzləşib. Hazırda qızılın qiymətinin yüksəlməsi üçün heç bir səbəb yoxdur. Analitik qrup bildirir ki, qızılın qiyməti yaxın aylarda 1 200 dollar//unsiyayadan aşağı - 1 170 dollar/unsiyaya düşə bilər. Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə qızılın qiyməti 100 dollar və ya 8,7% baha satılır.
Qeyd edək ki, dünən, iyunun 19-da Nyu-York FED-in sədri Uilyam Dadli (Willliam Dudley) əmək bazarında canlanmanın bir müddət sonra inflyasiyanı sürətləndirəcəyini bildirərək uçot dərəcəsinin artırılması qərarını dəstəkləyib. Bu gün, iyunun 20-də isə Çikaqo FED-in sədri Çarlz Evans (Charles Evans) hazırda ABŞ iqtisadiyyatının inkişaf tempinin uçot dərəcəsini mərhələli şəkildə artırılmasını zəruri etdiyini bildirib.
FED-in məsul şəxsləri tərəfindən gələn açıqlamalar ABŞ dollarını möhkəmləndirməyə, qızılın qiymətini isə azaltmağa başlayıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar