Xəbər lenti
Azərbaycanın xarici dövlət borcu nə qədərdir?
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,8 %-i elə dollarda olub.Manevr.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borcun tərkibində avro 6 %, yapon yeni 3 %, digər valyutalar 0,6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,4 %-ni, sabit dərəcə ilə olanlar isə 51,6 %-ni təşkil edib.
Xarici dövlət borcunun 42,1 %-i 5 ilə qədər olan müddətdə, 49,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
Xarici dövlət borcunun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Xarici dövlət borcunun 40,6 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4 %-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























