Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar"

Tarix: 14-08-2024 18:23     Baxış: 3119 A- / A+


Eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir vətəndaş 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməyə məcbur olacaq. Ödəyəcəkmi, istifadə edəcəkmi? Yoxsa , Şərikli İnternet olacaq? Dövlət operatorları son iki ildə minimal internet tarifini 2 dəfədən çox qaldırıb.
Manevr.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında Azərbaycan İnternet Forumunun prezidenti, Osman Gündüz səsləndirib.
Onun sözlərinə görə, son iki ildə Aztelekom və Baktelecom dövlət operatorlarının qiymət siyasəti aşağıdakı kimi olub:

2022-ci ilədək olan dövr
4 Mb/s –   10 manat
10 Mb/s – 12.5 manat
2022
15 Mbit/s – 15 manat
30 Mbit/s – 18 manat
2023 
40 Mbit/s – 18 manat
2024, 15 avqust
100 Mbit/s – 25 manat
Burada reallıq nədən ibarətdir?
İlk öncə qeyd edim ki, əlçatanlıq baxımından, biznes və inkişaf baxımından , rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir.
Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görülüb.
Amma əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur.
Regionlarda, kəndlərdə yaşayan bəılli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.
Regionlarda, xüsusələ də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi.
Ötən ildən isə Aztelekom bu minimal sürəti  50 % qaldırıb 18 manat (40 Mbit/s) etmişdi.
İndi isə Aztelekom yenidən bu minimal tarifi 40% qaldıraraq 25 manat etməyi düşünür.
Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında  ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zərurui olan internetin qiyməıti son iki ildə toplam 100% qalxıb.
Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək çün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir.
AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın.
Antiinhisar və İKTA !
Sizin gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi 2 dəfə qaldırıb.
Istehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. Aztelekom da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır.
Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir?
Nə baş verəcək?
1. Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq
2. Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək
3. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq
4.Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görsənəcək və.s.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar