Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda internetin sürəti ARTIRILACAQ

Tarix: 16-06-2017 13:26     Baxış: 4249 A- / A+
Azərbaycanda internetin sürəti


Azərbaycanın qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq.

Bu barədə bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı ilə “Azərbaycanda Genişzolaqlı internetin inkişafi strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda keçirilən konfransda bildirilib.

Konfransda qeyd edilib ki, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

Bildirilib ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən, İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. Proqrama əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

Konfransda həmçinin məlumat verilib ki, BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatında daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığına görə dünyada əhalinin yoxsul təbəqəsi üçün internetə çıxış imkanları hələ ki yüksək templə artmır.

Komissiyanın qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. Bununla belə, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

Daha sonra məruzəçilər ölkədə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis isə çıxışında bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır.

Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir:

“Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”.

Tədbirdə, həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini "İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər" mövzusunda bölmə iclası ilə davam etdirib.//Trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar