Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

345 manatlıq ödənişə nə zaman və necə müraciət etmək mümkün olacaq?

Tarix: 18-07-2024 11:51     Baxış: 389 A- / A+
345 manatlıq ödənişə nə zaman və necə müraciət etmək mümkün olacaq?
"Baş nazir dünən "Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərin icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncam  kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını reallaşdırılması məqsədi daşıyır".
Manevr.az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. V. Bayramovun sözlərinə görə, Ədliyyə Nazirliyi isə digər müvafiq qurumlar ilə razılaşdırmaqla həmin müddətdə məqsədli proqramların həyata keçirilməsi qaydasının layihəsini hazırlamalıdır: "Sözügedən nazirlik həmçinin 4 ay müddətində normativ hüquqi aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək.  Bu dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək.
Bu dəyişikliklər özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar".
"Sərəncamdan göründüyü kimi, müvafiq qurumlar üçün ayrılan müddəti nəzərə aldıqda 2025-cü ilin əvvəlindən etibarən vətəndaşlar 345 manatlıq ödəniş üçün müraciət edə biləcəklər. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciət mexanizmi hazırlanacaq və gözlənilir ki, müraciət tam elektron olacaq. İlkin mərhələdə sahibkarlıq subyektləri müraciət edib qeydiyyatdan keçəcəklər və daha sonra iş yerlərini təklif edə biləcəklər.
Xatırladaq ki, 345 manat dövlət tərəfindən ödənilən hissəsidir. Həmin iş yerlərində sahibkarlıq subyektləri də əlavə ödəniş imkanına malik olacaqlar. Məsələn, əmək haqqı 650 manatdırsa onun 345 manatı dövlət 305 manatı isə işə götürən tərəfindən ödəniləcək. Bu mexanizm sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir", - V. Bayramov əlavə edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar