Sizin Reklam Burada
Xəbər lenti
01-07-2024
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan peyk istehsal edəcək

Tarix: 27-06-2024 18:50     Baxış: 458 A- / A+

Azərbaycan Kosmik Agentliyi yaxın illərdə müstəqil Azərbaycan üçün ilk dəfə peyk istehsal etməyi qarşısına məqsəd qoyub.
Manevr.az bildirir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov "Baku ID" (Baku İnvestment Day) festivalı çərçivəsində keçirilən "Biznes strategiyalarını cəmiyyətin tələbləri, aktual problemlər və dünyada həyatı yaxşılaşdırmaq üçün uyğunlaşdırmaq" adlı paneldə deyib.
O bildirib ki, istehsal edilən peyk kiçikölçülü olmayacaq:
"Biz daha güclü kosmik şəbəkə peyki istehsal edəcəyik. Azərbaycan Kosmik Agentliyi yeni ideyalar və təşəbbüslər istiqamətində əməkdaşlıq etməyə hazırdır".
Qeyd edək ki, ötən il "Azərkosmos" və "Israel Aerospace Industries" (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik müşahidə peykləri olacaq. Peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılacaq.
İsrailli mütəxəssislər həmçinin, Azərbaycanda qurulacaq "Peyklərin inkişafı mərkəzi"nin layihələndirilməsində də "Azərkosmos"a dəstək verəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.
IAI proqram çərçivəsində "Azersky-2" sisteminin idarəedilməsi və istismarı üzrə Azərbaycanda bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.
Hazırda Azərbaycaın orbitdə 2 telekommunikasiya peyki ("Azerspace-1" və "Azerspace-2") var.axar.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar