Xəbər lenti
Azərbaycanda 1, 3, 5 qəpiklər dövriyyədən çıxarılacaq? - Deputat AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
Tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Ölkədə 1 və 3 qəpikliklərin istifadəsi demək olar ki, mövcud deyil. Hətta bəzi marketlər, ödəniş məntəqələri 1,3 və 5 qəpiklikləri qəbul etməkdən imtina edirlər. Qarşılığında cavab olaraq vətəndaşlara “bunu nə edəciyik?” deyib pulu geri verirlər. Vətəndaşlar isə bu vəsaitlərin onlara elə marketlər tərəfindən verildiyini deyir. Pul var amma marketlər, eləcə də, digər ödəniş məntəqələri götürmür. Bəs vətəndaş bu pulu nə etməlidir?
Bu vəsaitlər hələ də nəyə görə ölkədə tədavül edilir? Onların tədavüldən qaldırılması gözlənilə bilər?
Manevr.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az a açıqlamasında bu sualları cavablandırıb.
“Bu məsələ uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Təkcə marketlərdə deyil, nəqliyyatda da qəpiklərdən istifadə edilməsində çətinlik var. Bunun yolu daha çox qeyri-nağd ödənişlərdən istifadə olunmasıdır. Plastik kartlardan nə qədər çox istifadə olunarsa, bir o qədər də qəpiklərdən istifadəyə ehtiyac qalmayacaq. Kartlardan istifadə həm nağd vəsaitlərin azalmasına gətirib çıxaracaq”.
Deputat bildirib ki, dövriyyədə olan istənilən qəpik və ya əskinas ölkədə fəaliyyət göstərən bütün müəssisələr tərəfindən qəbul olunmalıdır. Bunun qəbul edilməməsi qanunvericiliyə ziddir.
“Supermarket və ya digər satış məntəqələri heç bir halda 1 və 3 qəpiklərin qəbulundan boyun qaçırmamalıdır. Onların qəbulu və istifadə olunması məcburidir. Bütün bunlarla yanaşı plastik kartlardan istifadə daha məqsədəuyğundur. Onlardan daha çox istifadə praktik olaraq bu problemin həllində böyük rol oynuyacaq”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar