Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

İran ilə Azərbaycanın dəmir yolları birləşir

Tarix: 04-06-2017 20:01     Baxış: 3264 A- / A+
İran ilə Azərbaycanın dəmir yolları birləşir


İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşmasında mühüm rol oynayacaq.

Manevr.az xəbər verir ki, bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı deyib.

M. Vaezi qeyd edib ki, İran qədim İpək Yolunun üzərində yerləşir və bu gün beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında aparıcı rola malikdir. İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək.

Mahmud Vaezi İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə də yaxın əlaqələr qurmaq niyyətində olduğunu nəzərə çatdırıb.

Xatırladaq ki, İranı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda M.Vaezi ilə yanaşı, bu ölkənin neft nazirinin müavini Əmir Hüseyn Zamani və İRNA informasiya agentliyinin baş direktoru Məhəmməd Xodadi təmsil edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar