Xəbər lenti
Azərbaycanda yağlar ucuzlaşır – SON QİYMƏTLƏR
Pandemiyadan sonra dəyəri sürətlə artan yeyinti yağlarının əksəriyyətinin qiymətində son bir ildə enmə müşahidə edilib. Qiymət azalması əsasən qarğıdalı və günəbaxan yağlarında baş verib.
Manevr.az xəbər verir ki, 2024-cü ilin yanvar ayının sonunda yağların (kərə, marqarin, zeytun, qarğıdalı və günəbaxan yağları) dəyəri bir il əvvəlki tarixdə qeydə alınan qiymətlərlə müqayisədə orta hesabla 6,8 faiz enib.
Müqayisə göstərir ki, qiymət azalması zeytun yağlarından başqa digər bütün yağlarda qeydə alınıb.
Kərə yağının qiymətində cüzi azalma baş verib. Bir il əvvəl kiloqramının orta qiyməti 19,75 manat olan kərə yağları hazırda 19,2 manata satılır. Kərə yağlarının dəyərində orta hesabla 0,55 manat (2,8 faiz) enmə olub.
Süfrə marqarini də ucuzlaşıb. Marqarinin qiyməti orta hesabla 6 manatdan 5,3 manata enib. Bu yağlarda birillik qiymət fərqi 0,7 manat, yaxud 11,6 faiz təşkil edib.
Son bir ildə günəbaxan və qarğıdalı yağlarının qiymətində ciddi fərq müşahidə olunub
Günəbaxan yağının orta qiyməti 5,7 manatdan 4,7 manata geriləyib. Qarğıdalı yağının qiyməti isə 7,7 manatdan 6,3 manata düşüb. Müqayisədən görünür ki, son bir ildə günəbaxan yağı 1 manat (17,5 faiz), qarğıdalı yağı 1,4 manat (18,2 faiz) ucuzlaşıb. Manevr.az xəbər verir ki, 2024-cü ilin yanvar ayının sonunda yağların (kərə, marqarin, zeytun, qarğıdalı və günəbaxan yağları) dəyəri bir il əvvəlki tarixdə qeydə alınan qiymətlərlə müqayisədə orta hesabla 6,8 faiz enib.
Müqayisə göstərir ki, qiymət azalması zeytun yağlarından başqa digər bütün yağlarda qeydə alınıb.
Kərə yağının qiymətində cüzi azalma baş verib. Bir il əvvəl kiloqramının orta qiyməti 19,75 manat olan kərə yağları hazırda 19,2 manata satılır. Kərə yağlarının dəyərində orta hesabla 0,55 manat (2,8 faiz) enmə olub.
Süfrə marqarini də ucuzlaşıb. Marqarinin qiyməti orta hesabla 6 manatdan 5,3 manata enib. Bu yağlarda birillik qiymət fərqi 0,7 manat, yaxud 11,6 faiz təşkil edib.
Son bir ildə günəbaxan və qarğıdalı yağlarının qiymətində ciddi fərq müşahidə olunub
Zeytun yağının dəyərində isə ötən bir ildə yüksəlmə qeydə alınıb. Bir il əvvəl 15 manata satılan zeytun yağının dəyəri hazırda 16 manatdır. Zeytun yağı bir il ərzində 1 manat, yaxud 6,7 faiz bahalaşıb.
Xatırladaq ki, ucuzlaşmaya baxmayaraq, yağların qiyməti hələ də çox yüksəkdir. 2021-2023-cü illərdə yeyinti məhsulu kimi istifadə edilən yağların dəyərində kəskin artım baş verib. Qiymət artımları əsasən duru yağlarda baş vermişdi. Qeyd edilən müddətdə günəbaxan yağının qiyməti 2,9 manatdan 5,7 manata, qarğıdalı yağının qiyməti 4,3 manatdan 7,7 manata, marqarin yağının dəyəri 3,9 manatdan 6 manata, kərə yağı isə 16,5 manatdan 19,8 manata yüksəlmişdi.
Son bir ildə yağların qiymətində müşahidə edilən azalma əvvəlki bahalaşmanın yalnız bri hissəsini kompensasiya edə bilib.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar