Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

2 min manata satılan Azərbaycan çayı: “Səhər saat 6-da gün işığı düşməmiş...”

Tarix: 19-01-2024 20:31     Baxış: 3153 A- / A+


2 min manata satılan Azərbaycan çayı: “Səhər saat 6-da gün işığı düşməmiş...”

Ötən il Azərbaycan 70,5 milyon dollar dəyərində 13,6 min ton çay idxal edib.
Bu dövrdə ölkənin çay idxalına çəkdiyi xərc 2022-ci illə müqayisədə dəyər ifadəsində 4,9 milyon dollar azalıb. Ölkənin ötən il ərzində çay idxalının həcmi isə 2022-ci ilə nisbətən 5% azalıb. Bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,41%-ni təşkil edib. Məlumata görə, dünyada ümumilikdə, çay və qəhvənin bahalaşacağı gözlənilir. Ekspertlər  deyirlər ki, dünyada çay və qəhvənin qiymətində baş verən artım Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək. Maraqlıdır, çayın bahalaşmaması üçün fermerlər nə kimi tədbirlər görürlər? 
Manevr.az-ın xəbərinə görə, sözügedən məsələ ilə bağlı Lənkaranlı fermer Əlisahib Əliyev  “Cebhe.info”-ya bildirib ki, İstisu qəsəbəsindəki fermer təsərrüfatında 70 hektardan çox ərazidə yüksək məhsuldarlığı ilə seçilən "Kolxida” sortlu çay plantasiyaları salınıb. 
“Yığılan çay yarpağı təsərrüfatın mini çay fabrikində emal olunaraq "Premium gold” adlı əla növ quru çay istehsal olunur. Yerli bazarda çayın satış qiyməti 8-100 manat arasında dəyişir. Burada məqsəd, ilk növbədə, yerli bazarı çayla təmin etmək olsa da, xarici ölkələrdən də sifarişlər daxil olur. Yəni yerli bazardan daha çox Rusiya bazarına çay ixrac edirik”. 
Həmsöhbətimiz bildirib ki, istehsal olunan yerli çay xarici bazarda 500-2000 manat arası təklif olunur: 
““Kolxida” sortlu çay yarpağından toplanılan "Premium gold” çayının xarici bazarda qiyməti 500-2000 manat arasında olur. Bu çay yarpaqları səhər saat 6-da gün işığı düşməmiş yığılır və fabriklərdə emal olunur. Daha sonra qablaşdırıb anbarlara yığılır. Ondan sonra isə, xarici bazarlara ixrac olunur. Əsasən də Rusiya daxili bazarına ixrac olunur”. 
Həmsöhbətmiz qeyd edib ki, 2027-ci ilədək təsərrüfatda çay plantasiyalarının sahəsinin 120 hektara çatdırılması planlaşdırır. 
O, çayın qiymətinin hələlik bahalaşmasını gözləmədiyini deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar