Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kartof ucuzlaşacaq? - AÇIQLAMA

Tarix: 15-12-2023 16:39     Baxış: 3165 A- / A+

Yaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər aşağı düşməsi gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq.Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Bizim.media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazara daha çox məhsulun çıxarılması, təbii ki, qiymətlərin müəyyən qədər azalmasına səbəb olacaq:
“Çünki təklif tələbi üstələdikcə qiymətlər aşağı düşür. Ümumiyyətlə, hazırda kartofun qiyməti ötən illə müqayisədə 30 faiz azdır. Yaxın vaxtlarda da bahalaşma gözlənilmir. Ən pis halda fevral-mart aylarında kartof bahalaşa bilər”.
Akif Nəsirli onu da qeyd edib ki, ölkəmizin kartofa olan illik tələbatı bir milyon tondur:
“Azərbaycanda ildə təxminən 1 milyon 400 min ton kartof istehsal edilir. Amma istehsal edilən kartofun xeyli hissəsi ixrac edilir. Ona görə də bəzi aylarda xaricdən kartof idxal edirik. Yəqin ki, 2024-cü ilin birinci rübündə də belə olacaq.
Ümumiyyətlə, aprelin ikinci yarısına kimi, yəni faraş kartof bazara çıxarılana qədər qiymətlərdə artma olur. Amma bu il vəziyyət bir qədər stabildir. Çünki ötən ilin dekabrında kartofun bir kiloqramı bir manata təklif olunurdusa, hazırda bu qiymət 60-70 qəpik arasında dəyişir. Bölgələrdə isə qiymətlər daha aşağıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar