Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxslər 60 min manat maaş alır - RƏSMİ

Tarix: 14-12-2023 12:57     Baxış: 4244 A- / A+



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev hesab edir ki, dövlət xəstəxanalarında çalışan həkimlər 1000 manatdan az maaş almamalıdır.
Manevr.az xəbər verir ki, Z.Əliyev dekabrın 14-də keçirdiyi brifinqdə qeyd edib ki, bu əsas məqsədlərdən biridir.
O vurğulayıb ki, hazırda terapevtlər əlavə bonuslarla birgə orta hesabla 1600 manata yaxın maaş alır.
Onun sözlərinə görə, cərrah və oftalmoloqlarda bu məbləğ bir az çoxdur:"Bu digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkim-cərrah bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alır. Bu da onların icra etdiyi bahalı əməliyyatların qiymətlərinə görə dəyişir".
Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş aldığı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər:
"Çox az sayda cərrahlar var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar