Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu işsiz şəxslərə ödənişlər ediləcək

Tarix: 09-12-2023 15:20     Baxış: 3581 A- / A+

““İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək”. 
Manevr.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, müəssisəinin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz işinə qayıdan zaman ödənişlər ediləcək:
“Sığorta ödənişinə görə əlavə, ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faizlə məhdudlaşır. Yeni dəyişliklərlə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.  İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb oluna sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq”
Millət vəkili bildirib ki, digər dəyişiklik fərdi məşğulluq proqramının üzürlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir:
“Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar