Xəbər lenti
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq.
Manevr.az xəbər verir ki, bu barədə Valyuta.az-a iqtisadçı ekspert Xalid Kərimli elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsinin qaldırılmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, elektron siqaret, qəlyanlarda vergi əhəmiyyətli dərəcədə artıb:
"Bir vahid üçün 25 qəpikdən 2 manata qaldırılıb. Bu o deməkdir ki, həmin məhsullar ən azı 1 manat 50 qəpik- 2 manat arasında qalxacaq. Aksiz dolayı vergidir. Bir başa müştəridən tutulan vergidir”.
Ekspertin fikirincə, satıcılar topdan satış qiymətini ya yuvarlaşdıracaqlar, ya da qiymət siyasətini nəzərə alacaqlar:
Qeyd edək ki, Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılır.
Dəyişikliyə əsasən, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar