Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Evlərin qiyməti nə vaxt ucuzlaşacaq? - Ekspert AÇIQLADI

Tarix: 19-11-2023 19:54     Baxış: 4347 A- / A+


 
“Çıxarışsız evlərlə bağlı problem həll edilərsə, bu, gələcəkdə daşınmaz əmlak bazarında təklifin artmasına şərait yaradacaq. Nəticədə əmlak bazarında qiymətlərin aşağı düşməsini də müşahidə edəcəyik”.
Manevr.az xəbər verir ki, bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev sənədsiz evlərlə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, təyinatı üzrə olmayan torpaq üzərində inşa olunmuş tikililər qanunvericiliklə mülkiyyətə keçirilə bilmir və bu, təbii haldır:
“Əkin sahəsində, tikinti üçün nəzərdə tutulmayan torpaqlarda aparılan tikintilər qanunla qadağandır. Təbii olaraq da bu cür torpaq sahələrində inşa edilən evlər, obyektlər sənədsiz qalır.
Həmçinin tikinti normalarının gözlənilməməsi də əlavə problem yaradır. Bu gün tikinti şirkətləri heç bir norma gözləmir, qaydalara əməl etmir. Boş ərazi görən kimi tikinti aparırlar. Ancaq o torpağın tikinti üçün uyğun olub-olmadığına baxılmır. Şirkətlərin, MTK-ların yarana biləcək bütün problemləri həll etdikdən sonra işə başlaması daha doğrudur.
Hesab edirəm ki, çıxarışsız evlərlə bağlı problem həll edilərsə, bu, gələcəkdə daşınmaz əmlak bazarında təklifin artmasına şərait yaradacaq. Nəticədə əmlak bazarında qiymətlərin aşağı düşməsini müşahidə edəcəyik”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar