Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın müharibə dövründə qazancı - Fantastik rəqəm

Tarix: 16-11-2023 10:14     Baxış: 4316 A- / A+



Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri (2022-ci il, 24 fevral) Rusiya neft, təbii qaz və kömür satışından təxminən 550 milyard dollar gəlir əldə edib.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə "Center for Research on Energy and Clean Air" (CREA) Mərkəzinin araşdırmasında deyilir.
24 fevral 2022-ci il tarixindən 13 noyabr 2023-cü il tarixinədək ən böyük alıcı Avropa Birliyi olub. AB ölkələri bu müddət ərzində aldıqları yeraltı sərvətlərə görə Rusiyaya 180 milyard avro ödəyiblər. Bunun 102 milyard avrodan çoxu xam neft, 74 milyardı təbii qaz, qalanı isə kömürdür.
Birlik daxilində Rusiya enerji resurslarının ən böyük alıcısı Almaniya, Niderland və İtaliya olub.AB-dən sonra ikinci ən böyük alıcı isə Çindir. Çin Rusiyadan 143 milyard dollar dəyərində məhsul alıb. Sonrakı yerləri müvafiq olaraq Hindistan, Türkiyə və Cənubi Koreya bölüşür.
Qeyd edilir ki, son il yarım ərzində alış dinamikası nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, əgər Avropa Rusiyadan alışı əhəmiyyətli dərəcədə azaldıbsa, Asiya tam əksinə, radikal şəkildə olmasa da, artırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar