Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Gələn il kimlərin kreditləri silinəcək? - Deputat açıqladı

Tarix: 05-11-2023 20:15     Baxış: 3307 A- / A+
2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunveririclikdə öz əksini tapıb. Qeyd edək ki, "Vergi Məcəlləsinə" əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.

Bu baxımdan, qeyd olunan priortitet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq. Bu isə, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır", - deyə deputat bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar