Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Unun qiyməti qalxdı - Çörək bahalaşacaq?

Tarix: 12-10-2023 17:47     Baxış: 3388 A- / A+
twitter sharing buttonsharethis sharing button
Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.

Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, il ərzində unun qiymətində daimi olaraq dəyişikliklər baş verir.
“Statistikaya nəzər salsaq, ötən ilin dekabr ayından etibarən unun qiymətində ucuzlaşma müşahidə olunurdu. Lakin avqust ayından etibarən buğdanın qiymətindən asılı olaraq unun da qiymətində bahalaşma qeydə alınıb”.
Ekspert qeyd edib ki, Azərbaycan idxala bağlı ölkədir.
“Ümumi olaraq ölkəmizdə il ərzində 3,9 milyon ton taxıl istehlak edilir. Bunun ortalama olaraq 1,9 milyon tonunu Azərbaycan özü istehsal edir. Geri qalan hissəsi isə idxaldır”.
E.Səfərli qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var.
“Hazırda unun qiymətinin qalxması ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək. Amma unun bahalaşması tendensiyası davam edərsə, onda çörəyin qiyməti bahalaşa bilər”, – deyə o qeyd edib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar