Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiyaçıların sayı niyə azalır? - Səbəblər

Tarix: 30-08-2023 15:29     Baxış: 3164 A- / A+
Pensiyaçıların sayı niyə azalır? - Səbəblər 


Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən Azərbaycanda pensiyaçıların sayında azalma 2023-cü ildə də davam edir. 
Manevr.az xəbər verir ki, bu ilin birinci yarısında pensiyaçı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalıb. Bir il əvvəl  1,1593 milyon olan pensiyaçı sayı bu ilin iyulun 1-də 62,7 min azalaraq 1,0966 milyon nəfərə düşüb.
 
Azərbaycanda pensiyaçılar 3 qrupa bölünür. Pensiyaçıların çoxunu yaşa görə pensiya alanlar təşkil edir. Hər 100 pensiyaçıdan 64-ü yaşa görə pensiya alanlardır.
 
Saya görə ikinci sırada əlilliyə görə pensiya alanlar dayanır. Onlar bütün pensiyaçıların 23,6 faizini təşkil edir.
 
Üçüncü qrup pensiyaçılar isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Bu səbəbdən pensiya alanlar pensiyaçıların 12,4 faizini təşkil edir.
 
Statistikaya görə, son bir ildə pensiyaçıların sayının azalması əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlarda müşahidə olunub.
 
Ötən il əlilliyə görə pensiya alanların sayı 308,4 min olduğu halda bu il onların sayı 258,8 minə düşüb. Əlilliyə görə pensiya alanların sayında 49,6 min nəfər azalıb.
 
Ötən müddətdə ailə başçısını itirməyə görə pensiya alanların sayı 149,5 min nəfərdən 118,4 min nəfərə qədər geriləyib. Bu səbəbdən pensiya alanların sayı 31,1 min nəfər azalıb.
 
Yaşa görə pensiya alanların sayı isə 1555 nəfər artaraq 703 min nəfərə çatıb. 
 
Azərbaycanda son illərdə pensiyaçıların sayında azalma davamlı baş verir. 2017-ci ildə pensiyaçıların sayı 1,32 milyon nəfərə çatdıqdan sonra növbəti ildən azalmağa başlayıb. Həmin ildə əhalinin 13,3 faizi pensiyaçı idi.
 
Son 6 ildə baş verən azalma dinamikası nəticəsində pensiyaçıların sayı 223 min nəfər, yəni 17 faizə yaxın azalıb. İndi əhalinin 10,8 faizi pensiyaçıdır.
 
Əhalisi ilbəil yaşlanan ölkədə pensiyaçı sayının azalması təəccüb doğurur. Bir qayda olaraq əgər ölkə əhalisi yaşlanırsa, pensiyaçıların sayında və xüsusi çəkisində azalma baş verməməlidir, əksinə artmalıdır. Lakin ölkəmizdə pensiyaçıların sayında qısa müddətdə ciddi azalma müşahidə edilib.
Bunun səbəbi nədir?
 
Pensiyaçı sayının azalmasının 3 başlıca səbəbi var.
 
Birinci səbəb, pensiya çıxma yaşının artırılmasıdır. 2017-ci ilin əvvəlində kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxa bilirdisə, 2020-ci ilin iyulun 1-dən kişilər 65 yaşında, qadınlar 62 yaşında, 2023-cü ilin birinci rübündə isə kişilər 65, qadınlar 63 yaşında pensiyaya çıxa bilir. 2026-cı ilin iyuluna qədər qadınların pensiyaya çıxma yaşı artırılacaq və həmin tarixdə 65 yaşa çatdırılacaq.
 
Pensiya yaşının artırılması 2018-2023-cü illərdə yaşa görə pensiyaya çıxanların sayının 75 min nəfər azalmasına səbəb olub.
 
Pensiya çıxma yaşı artırılmaqla yanaşı əlilliyə görə pensiya çıxma qaydalarında intizam gücləndirilib. Bunun nəticəsində əvvəllər saxta yollarla pensiya çıxanların bir çoxunun pensiya təyinatı dayandırılıb. Bu cür tədbirlərlə 2018-2023-cü illərdə əlilliyə görə pensiya alanların sayı 131 min nəfər azalıb.
 
Pensiyaçıların sayının azalmasına təsir edən üçüncü mühüm amil pensiya çıxma şərtlərinin sərtləşdirilməsidir. Mövcud qaydalara əsasən yaşa görə pensiya ala bilmək üçün 65 yaşa (qadınlar 63 yaşda) çatmaq kifayət etmir. Həmin yaşda pensiya almaq üçün ya 25 il Dövlət Sosial Müdafiə Fonduna pul ödənməli, ya da tələb olunan minimum kapital toplanmalıdır.
 
Minimum kapitalın məbləği minimum pensiyanın məbləğini 144-ə vurmaqla hesablanır. Hazırda minimum pensiya məbləği 280 manat olduğundan yaşa görə pensiya çıxmaq istəyənlər 40 320 manat kapital toplamalıdır.
 
Kapitalı toplaya bilməyənlərin 25 il stajı varsa, həmin şəxslərə minimum pensiya təyin edilir. Hazırda bu məbləğ 280 manatdır.
 
Əgər iki tələbin heç birini təmin etmək mümkün deyilsə, o halda, pensiya yaşına çatanlara pensiya yox, yaşa görə müsvinət təyin edilir. Hazırda yaşa görə müavinətin məbləği 240 manatdır.
 
2018-2023-cü illər ərzində yaşa görə müavinət alanların sayı 2017-ci ildə 17,1 min nəfər olduğu halda, hazırda 137,6 min nəfərdir.
 
Beləliklə, mövcud vəziyyət pensiyaçıların sayının azalmasına səbəb olur. Pensiyaçıların sayının artmaması ən azından 2026-cı ilə qədər davam edəcəyi yəqindir.sfera.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar