Xəbər lenti
Un və çörək ucuzlaşır - Qiymətlər

Manevr.az xəbər verir ki, 2023-cü ilin martından başlayaraq bu məhsulların dəyərində tədricən enmə müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, buğda ununun bir kiloqramının orta qiyməti fevralda 1,59 manat olduqdan sonra martda 1,58 manata, iyunda 1,56 manata, iyulda 1,54 manata düşüb.
Unun ucuzlaşması buğda çörəyinin qiymətinin də enməsinə səbəb olub. Buğda çörəyinin bir kiloqramının qiyməti fevralda 1,34 manata yüksəldikdən sonra iyunda 1,3 manata, iyulda 1,27 manata qədər azalıb.
Əhalinin daha çox hissəsinin istehlak etdiyi 600 qramlıq dairəvi çörəyin (“zavod” çörəyi) qiyməti hazırda 60 qəpikdir. Bu ilin əvvəlində dairəvi çörəyin qiyməti 70 qəpiyə yüksəlmişdi.
Ucuzlaşma əlaməti çovdar və qarışıq undan bişirilən çörəklərdə, həmçinin lavaşda da qeydə alınıb. Lakin bu növ çörəklərdə ucuzlaşma buğda unundan bişirilən çörəkdə olduğu qədər yüksək olmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar