Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəqəmsal manat nə vaxt yaradılacaq? – Ekspert

Tarix: 25-07-2023 16:40     Baxış: 3229 A- / A+

"Yaxın 10 ildə rəqəmsal manatla əlaqədar hüquqi çərçivənin yaradılması istiqamətində addımlar atılacaq ”.
 
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Rusiyada rəqəmsal rublun yaradılması barədə qanunun imzalanması fonunda, Azərbaycanda da rəqəmsal manatın yaradılması vacibliyindən danışarkən deyib.

"Bu hal təkcə Rusiyada müşahidə edilən məsələ deyil. Son illər mərkəzi bankların, xüsusən də bitkoen bazarının şaxələnməsindən sonra, rəqəmsal pullarla bağlı yeni mərhələyə keçmək, bu istiqamətdə araşdırma, tədqiqatlar aparmaqla bağlı meyllər güclənib. Azərbaycanda da bənzər istiqamətdə müəyyən təşəbbüslər var.
 
Azərbaycan Mərkəzi Bankı tərəfindən fiskal manatın yaradılması, bu istiqamətdə təhlillərin aparılması, öyrənilməsilə istiqamətində müəyyən işlər aparılıb. Azərbaycan bazarı kiçikdir. Bu sahə üzrə ictimai meyllilik nisbətən aşağıdır. Ona görə də indiki şərtlər daxilində hələlik rəqəmsal manat istiqamətində real addımların atılması, qərarların qəbul ediləcəyini gözləmirəm. Amma bütün hallarda bu qaçılmaz prosesdir. Azərbaycan istənilən halda qlobal maliyyə bazarlarının oyunçularından biri kimi belə çağırışlara adekvat reaksiya verməlidir. Böyük ehtimalla, növbəti 10 ildə rəqəmsal manatla əlaqədar hüquqi çərçivənin yaradılması istiqamətində mövqe ortaya qoyulacaq”,- deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin rəqəmsal rublun yaradılması haqqında qanunu imzalayıb. Bu fonda bir sıra ekspertlər düşünür ki, Azərbaycanda da rəqəmsal manatın yaradılmasına başlanılmalıdır. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar