Xəbər lenti
Azərbaycan və Türkiyə bir yerdə TOGG istehsal edəcək
“Bundan istər Azərbaycan iqtisadiyyatı, istərsə də Türkiyə iqtisadiyyatı kifayət qədər qazanacaq".
Manevr.az xəbər verir ki, bu sözləri valyuta.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı, professor Abdürrahim Fıratın “Azərbaycan və Türkiyə gələcəkdə TOGG avtomobilini birgə istehsal edə biləcək” fikirlərini şərh edərkən deyib.
Deputat bildirib ki, əgər həmin maşını istehsal edən mərkəzin bir filialı Bakıda olsa və ya hissələri Bakıda yığılsa, bu zaman maşınları artıq Azərbaycan malı kimi MDB məkanına və Ukraynaya çox asan formada ixrac edə bilərik: “Çünki Azərbaycanda bunun üçün əlverişli şərait var. Bu da Türkiyə iqtisadiyyatına da xeyir vermiş olacaq. Azərbaycan üçün isə müsbət tərəfləri ondan ibarətdir ki, yeni iş yerləri açılacaq, yeni toxnologiya gələcək. Bu da böyük bir uğurdur. Daxii bazarda isə yerli istehsal olan avtomobillər ƏDV-dən azad edildiyinə görə həmin minik avtomobillərinin qiyməti daha da ucuz olacaq. Doğrudur, xaricdən gətirilən elektromobillərə kifayət qədər güzəşt var, amma yenə də daxildə istehsal edilən maşınların maya dəyəri xaricdən gətirilənlərdən daha ucuz olacaq”. Deputat deyir ki, qlobal formada yanaşanda, bu yeni innovativ texnologiyalar, beynəlxalq standartlar, təcrübə və avtonəqliyyatın istehsalında irəliyə doğru getməkdir: “Hər bir yeni texnologiya bizim üçün maraqlıdır. Ola bilər ki, Azərbaycan bazarı özü elektrik avtomobillər üçün bir o qədər də böyük bazar deyil, amma biz daxildə istehsal edilən avtomobili 9-10 ölkəyə rahat şəkildə ixrac edə bilərik. Bu da büdcə üçün əlavə gəlirlər olacaq, sosial məsələlərdə az da olsa, ödənişlər olacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar