Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Banklar gücləndirilmiş iş rejiminə keçdi - SİYAHI

Tarix: 13-05-2017 16:55     Baxış: 4249 A- / A+
Banklar gücləndirilmiş iş rejiminə keçdi


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Palatadan verilən məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq həmçinin, MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

Koordinator: Elşən Səmədovdur - email: elshan.samadov@fmsa.az, tel: (+994) 51 444 25 32.

Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib. bakipost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar