Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Abşeron” qaz-kondensat yatağının istehsalı başladı - SOCARın məlumatı

Tarix: 10-07-2023 14:29     Baxış: 4189 A- / A+
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir.
Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir.
SOCAR etibarlı tərəfdaşları ilə birlikdə ölkəmizin böyük enerji potensialının reallaşdırılması və Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar