Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Avtobuslarda gedişhaqqı ödənişlərində YENİLİK

Tarix: 20-06-2023 10:33     Baxış: 3257 A- / A+

“BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Hazırda sistem beta versiyasında çalışacaq. 1 iyuldan tam versiyası fəaliyyət göstərərcək”, - deyə Anar Rzayev vurğulayıb.

AYNA-nın departament direktoru Sübhan Əbilov bidlirib ki, mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

“Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir”, - deyə S.Əbilov bidldirib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar