Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda şəkər tozu bahalaşdı

Tarix: 19-06-2023 16:50     Baxış: 3152 A- / A+



Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar yayılıb.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, satıcılar şəkərə tələbatın artması mövsüm ilə əlaqəli olduğunu bildiriblər.
Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Artıq 15 gündür ki, qiymətlər bir kiloqrama 10 qəpik artıb. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, şəkər tozunun qıtlığı müvsümü amillərlə bağlıdır:
“Hazırda meyvənin bol vaxtıdır. Sahibkarlıq subyektləri və insanlarımız qışa hazırlıq məqsədilə kompotlar, mürəbbələr və digər şirniyyat vasitələri hazırlayırlar. Bu da şəkər tozuna tələbatı artırır. Marketlərdə şəkər tozunun qıtlığı yaşanır”.
Ekspert bildirib ki, bu ilin beş ayında ölkəmiz şəkər tozunun ixracatında artırıb.
“Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkər tozunun təminatında problem yoxdur. Ümumi götürsək dünyada şəkər tozunun qiymətində bahalaşma müşahidə olunur. Belə ki, şəkər qamışı və tozunun böyük istehsalçıları olan Hindistan, Misir ixraca müəyyən məhdudiyyətlər tətbiq ediblər. Bunun əksinə olaraq böyük şəkər tozu ixracatçısı Braziliya ixracatı artırıb. Yaxın aylarda şəkər tozunun qiymətinin stabilləşməsinin şahidi olacayıq”, – deyə o qeyd edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar