Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu abonentlərin qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ

Tarix: 28-04-2023 18:51     Baxış: 3322 A- / A+

SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar. 

Manevr.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışarkən bildirib ki, hər qrupda 20-25 nəfər olmaqla ümumilikdə 9 regionda təlimlərə start verilib. “Vətəndaşların təhlükəsizliyinə hesablanan texniki müayinələrin həyata keçirilməsində süni əngəllər törədən abonentlərə isə 5 iş günü ərzində vaxt veriləcək ki, növbəti texniki müayinənin həyata keçirilməsinə şərait yaratsınlar. Əks təqdirdə həmin abonentlərin qaz təchizatı dayandırılacaq”, - İlkin Behbudov qeyd edib. Aksiyada çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev geridə qoyduğumuz bayram günlərində Birliyin 104/185 Çağrı Mərkəzində yaşanan qısamüddətli fasilələrlə bağlı sosial şəbəkələrdə yayılan neqativ şərhlərə aydınlıq gətirib. Şöbə rəisi vurğulayıb ki, Birliyin həyata keçirdiyi tədbirlər öncədən müxtəlif media vasitələri ilə yanaşı, həm də internet resursları vasitəsilə vətəndaşların diqqətinə çatdırılır. Həmçinin Eldəniz Vəliyev abonentlər qaz təchizatında problemlə üzləşməsinlər deyə, yaranacaq fasilələrin vaxtlarının müxtəlif təhlillərin nəticəsində dəqiqləşdirilərək təyin edildiyini də bildirib. Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar