Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

5 bankda yoxlama aparılıb

Tarix: 26-04-2023 15:48     Baxış: 3246 A- / A+

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2016-cı ildən etibarən yaranmış qısa açıq valyuta mövqeyi problemi cari ilin iyul ayının əvvəllərində Mərkəzi Bankın valyuta satışı hesabına həll edilərək normativ tələbə uyğunlaşdırılıb.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Vurğulanıb ki, bankın likvidlik və valyuta mövqeyi davamlı əsasda nəzarətdə saxlanılır.

AMB həmçinin cari il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlılığının diqqətdə saxlandığını açıqlayıb:

“Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Hesabat dövründə beş bankda, dörd bank olmayan kredit təşkilatında və “Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə dörd bankda tematik yoxlama aparılıb. Nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlılığı qorunub, əhalinin bank sektoruna inamı artıb”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar