Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

ABA açıqladı: “Bu xəbərlər təxribat xarakteri daşıyır”

Tarix: 03-04-2023 16:38     Baxış: 3237 A- / A+

Azərbaycanda sosial şəbəkələrdə “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları ilə paylaşımlar təxribat xarakteri daşıyır.
Manevr.az bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir.
Bildirilir ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır:
“2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır.
Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 % çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15,4 %, ilin əvvəlinə nəzərən isə 163 milyon manat artaraq, 19,8 milyard manata yüksəlib.
Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11,7 milyard manata yüksəlib ki, bu da illik 18,1 %, ilin əvvəlinə nəzərən isə 1,5 %-lik artımın olduğunu göstərir.
Bank sektorunun kapitalının həcmi də artaraq, 5,7 milyard manat təşkil edib. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13,3 %, ilin əvvəlinə nisbətən isə 2 % yüksəlib”.
Assosiasiya bildirir ki, sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötən ilki göstəriciləri daha da üstələməkdədir: “Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 %, qeyri-faiz gəlirləri 23,6 %, xalis mənfəəti isə 44,6 % artıb, xalis mənfəəti 155,7 milyon manat təşkil edib.
Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 % artaraq, 13 milyon 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 2 milyard 877 milyon manata çatıb”.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Assosiasiya ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar