Sizin Reklam Burada
Xəbər lenti
10-01-2025
09-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda çörək ucuzlaşdı - Zavod səbəbini açıqladı

Tarix: 13-03-2023 15:45     Baxış: 3277 A- / A+

Bir sıra ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.
Əvvəllər 70 qəpiyə satılan 620-630 qramlıq Xırdalan zavod çörəyinin qiyməti indi 65 qəpik olub. Satıcılar çörəyin ucuzlaşmasının səbəbini bilmir.
Manevr.az-ın xəbərinə görə, teleqraf.com məsələ ilə bağlı “Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi ilə əlaqə saxlayıb.
Çörəyin strateji məhsul olduğunu qeyd edən filial nümayəndəsi qiymətin zavod tərəfindən qoyulmadığın bildirib: “Zavod çörəyə nə qiymət qoyur, nə də onun qiymətini aşağı salır. Bu, dövlət səviyyəsində olan bir şeydir. Biz İqtisadi İnkişaf Nazirliyinin müəyyən etdiyi qiymətlərə riayət etməyə çalışırıq.
Çörəyin çəkisi olduğu kimi qalıb. Şərt unu ucuz almaqda deyil. Məsələ burasındadır ki, dövlətin qoyduğu qanundan kənara çıxmaq mümkün deyil. Hər şey qanun çərçivəsindədir”.
Çörək zavodunun başqa bir əməkdaşı isə çörəyin qiymətinin enməsini dövlət tapşırığı olduğunu deyib: “Marketlər şəbəkəsi müştərilərdən polietilen torbaların pulunu alıb xeyrini götürdüyünə görə dövlət qurumu zavod çörəyinin qiymətini 5 qəpik aşağı salınması şərtini irəli sürüb”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика