Xəbər lenti
Ət buna görə bahalaşıb – Ekspert səbəbi açıqladı
Azərbaycanda son günlər dana və quzu ətinin qiymətində yenidən artım qeydə alınıb. Dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14,5-15 manata, quzu ətinin bir kiloqramının qiyməti isə 18 manata yüksəlib.
Sözügedən bahalaşmaya səbəb nədir?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, son illər əhali sayında yarım milyonluq artım qeydə alınsa da, heyvanlar milyon baş azalıb:
“Daha dəqiq desək, kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb. Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı isə 2016-ci illə müqayisədə 500 mindən çox artıb - 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon artıb, heyvanlar sayı isə bir milyon azalıb.
Ekspert heyvanların sayının azalma səbəblərindən də söz açıb:
“Əsas səbəb yem məhsulları amilidir, o cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2678000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2417000 hektara enib, yəni 261 min hektar azalıb. Bu rəqəm isə heyvandarlıq üçün çox böyük sahədir. Bu gedişlə, heyvanlar hələ çox “qiymətə minəcək””.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar