Xəbər lenti
Dünyada dollar qıtlığı - Azərbaycanda yeni bahalaşma gözlənilir
Bir sıra ölkələrin iqtisadiyyatında problemlər daha da pisləşib. Dollar qıtlığı xammaldan tutmuş dərman sənayesinə qədər hər sahədə problemlər yaradır. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı ehtiyatlı davranmağa məcbur edəcək.
Bəs, dollar qıtlığı Azərbaycana necə təsir edəcək?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dollar qıtlığı anlayışı bu pul vahidinin bahalaşması ilə əlaqədardır. "Yəni FED faizləri artıra-artıra gedir. Bu da müəyyən qədər dolların sərbəst dövriyyəsinə problem yaradır. Dolların mənbəyi bahalaşır, faizi artır", - ekspert bildirib.
Onun sözlərinə görə, bunun Azərbaycanla birbaşa əlaqəsi yoxdur:
“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Mərkəzi Bankın da, Neft fondunun da kifayət qədər, böyük həcmdə dollar ehtiyatı var. Bizim xarici kredit təşkilatlarına ehtiyacımız yoxdur. Buna görə də, qıtlığın Azərbaycana təsiri gözlənilmir”.
Buna baxmayaraq, ekspert dünya bazarında dollar qıtlığının Azərbaycanda dolayı yolla qiymət artımlarına səbəb olacağını qeyd edib:
"Dünyada gedən proseslərin tamamını nəzərə alsaq, təbii ki, dolların bahalaşması əlavə problemlər yaradır. Dollar bahalaşdıqca dünyada mal və xidmətlərin də bahalaşmasının şahidi oluruq. Azərbaycanın da idxaldan asılı olduğunu nəzərə almaq lazımdır. Yəni bu proses ciddi infliyasiyanın yaranmasına səbəb ola bilər. Bir sözlə, bu proses qiymətlərin artımına səbəb olan əsas amillərdən birinə çevrilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar