Xəbər lenti
Kredit faizləri artacaq, inflyasiya yüksələcək - Ekspertdən PROQNOZ
Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində bankarın əmanətləri üzrə gəlirlərinin vergiyə cəlb olunmasının bankların verdiyi kreditlərin faizlərinə və onların gəlirlərinə də təsir edəcəyi müzakirə olunur.
Ümumiyyətlə, Azərbaycanda istehsal kreditlərinin faizlərində artım ola bilərmi? Gəlirləri azalan banklar ləğv oluna və ya birləşə bilərmi?
Manevr.az bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli kredit faizlərinin önümüzdəki ayda arta biləcəyini deyib.
"Azərbaycan Mərkəzi Bankı hər toplantıda ard-arda 0.25 faiz olmaqla uçot dərəcəsini artırır. Bu da Mərkəzi Bankın digər banklara təmin etdiyi sərbəst pul kütləsinin bahalaşmasına səbəb olur. Yəni onlar daha yüksək faizlə borclanırlar. Buna görə də həmin bankların özləri də kreditlərin faizlərini yüksəltmək məcburiyyətində olurlar. Bir çox banklar depozitlərin geri çəkilmə ehtimalını nəzərə alaraq onların qiymətlərini bir az da olsa artırdılar. Bu o deməkdir ki, depozit faizləri artıb. Təbii ki, bu da kreditlərə öz təsirini göstərir. Azərbaycanda istehlak kreditlərinin öndə olduğunu nəzərə alsaq, dəyişikliklərin bura öz təsirini göstərəcəyi məlum olur. Qeyd etmək lazımdır ki, istehlak kreditlərinin bu qədər öndə olmağı heç də yaxşı bir şey deyil. Ümumiyyətlə, mart ayından istehlak kreditlərində olan bahalaşmanın şahidi olacağıq"- deyə o bildirib.
Ekspert vurğulayıb ki, bəzi kiçik banklar böyük bankların nəzdinə keçə bilər:
"Onsuz da Azərbaycanda 2015-ci ildən bəri banklarda təmərküzləşdirmə olub. Bu günə qədər 10-a yaxın bank öz fəaliyyətini dayandırıb, bəziləri isə birləşib. Hazırda ölkəmizdə normal fəaliyyət göstərən 26 bank mövcuddur. Ancaq yenidən kiçik bankların təmərküzləşdirilməsi istisna deyil. Ehtimal çoxdur ki, kiçik banklar bağlanmaq yerinə birləşmə yolunu seçsin. Çünki indiki vəziyyətdə faktiki olaraq çox ağır vəziyyətdə olan bank yoxdur. Ən son pandemiya dövründə vəziyyətləri gərgin olan banklar öz fəaliyyətlərini dayandırmışdı. Amma gələcəkdə həm də kiçik bankların böyük banklar tərəfindən "udulması" baş verə bilər. Bundan əlavə, istehlak kreditlərinin faizlərinin artırılması Azərbaycanda mövcud olan inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Faiz kreditlərinin yüksəldilməsi qiymətlərdə də öz təsirini göstərəcək. Dəyişikliyi əsasən qeyri-ərzaq məhsullarında görəcəyik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar