Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kartof kəskin bahalaşdı - VİDEO

Tarix: 26-01-2023 10:25     Baxış: 3353 A- / A+

Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər artıb. Halbuki bu məhsul adətən yaz aylarındakı qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.
Manevr.az xəbər verir ki, paytaxtda insanların ən çox üz tutduğu “Yaşıl bazar”da yerli kartofu hətta iki manata da tapmaq olur. Satıcıların sözlərinə görə, bahalaşma bir necə gündür ki, müşahidə olunur.
Bu bazardakı satıcılar qiymət artımının daha çox yerli kartofda müşahidə olunduğunu bildirirlər. Ümumiyyətlə isə yerli kartofların içərisində ən bahalısı Gədəbəydən gəlmələr hesab olunur.
Alıcılar da bazarlarda bahalığın olduğunu bildirirlər.
Paytaxtın fərqli istiqamətində, “8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Bu bazarda bahalaşma daha çox xaricdən gələn kartoflarda müşahidə olunur. Bazara ən çox kartof Rusiya, Belarus, Türkiyə və İrandan gətirilir.
Maraqlısı budur ki, xarici kartofda bahalaşma olsa da, yerli məhsulun qiymətində artım yoxdur.
Satıcılar qeyd edirlər ki, yaya doğru havalar isindikcə kartofun qiyməti enəcək.
Mövzu ilə bağlı "Xəzər Xəbər"-in videomaterialını təqdim edirik.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar