Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Asiya İnkişaf Bankı ilk dəfə manatla istiqraz buraxır

Tarix: 20-01-2023 11:54     Baxış: 3224 A- / A+

Asiya İnkişaf Bankı (ADB) ərzaq təchizatı zənciri layihəsini maliyyələşdirmək üçün Azərbaycanın milli valyutasında ifadə edilmiş ilk istiqraz emissiyası çərçivəsində 8,4 milyon manat (təxminən 4,9 milyon ABŞ dolları) cəlb edib.

Məlumata görə, emissiya Azərbaycan manatında ifadə edilmiş, ancaq ABŞ dollarına bağlı istiqraz kimi strukturlaşdırılıb. İstiqrazların tədavül müddəti 2,5 il, gəlirliliyi isə 6 %-dir. İstiqrazlar Lüksemburq Birjasında kotirovka olunur.
İstiqraz “Goldman Sachs International” tərəfindən təşkil edilib və tam olaraq “Capitulum Asset Management GmbH” tərəfindən abunə yazılışı həyata keçirilib.
İstiqraz buraxılışından əldə olunan vəsaitlə “Avrora” MMC-nin "COVID-19 böhranı zamanı əsas qida təchizat zənciri" layihəsini birbaşa maliyyələşdirəcək.
Layihə "Avrora" MMC-yə fəaliyyətini təmin etməyə və 2,6 mindən çox əməkdaşının dolanışığını təmin etmək üçün likvidlik təmin edəcək.
Layihə həmçinin gender inklüzivliyini dəstəkləyir və buğda və süd məhsullarının istehsalı və paylanması ilə ərzaq təhlükəsizliyinə töhfə verir.
“Capitulum” şirkətinin Baş portfel meneceri Teodor Kirşner deyib ki, bu sövdələşmə gəlirlərin davamlı istifadəsi ilə Azərbaycanda yerli gəlir əldə etmək məqsədimizi həyata keçirməyə kömək edir.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar