Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu bankların əmlakları satışa çıxarılıb

Tarix: 07-01-2023 21:52     Baxış: 4341 A- / A+
Yanvarın 11-i və 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” ASC-nin, yanvarın 18-i və 26-da isə “Atabank” ASC-nin daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçiriləcək.

Bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Bank Standard”a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər əliyev küçəsi, ev 22 ünvanında yerləşən 54,02 kv.metrlik mənzildən, eləcə də bu banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov Koroğlu küçəsi, ev 17 ünvanında 139,9 kv.metrlik mənzildən, həmçinin “Atabank”a məxsus Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, 204A ünvanında yerləşən 16,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında yerləşən 301 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Əmlaklara müvafiq olaraq 85 min manat, 1,1 milyon manat, 15 min manat və 600 min manat qiymət qoyulub.

Xatırladaq ki, “Bank Standard” ASC-nin lisenziyası 2016-cı il oktyabrın 1-dən, “Atabank” ASC-nin lisenziyası isə 2020-ci il aprelin 27-dən ləğv edilib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar