Xəbər lenti
2023-cü ildə dünya iqtisadiyyatdında nələr dəyişəcək? - Proqnozlar
Maraqlıdır, 2023-cü ildə Azərbaycanı və dünyanı nələr gözləyir?
Manevr.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, yeni ildə infilyasiya davam edəcək:
“2023-cü ildə infilyasiyanın artım sürəti azalsa da, 2024-cü ilin ikinci rübünə qədər artım davam edəcək. Laboratoriyalarda yetişdirilən ət bəzi ölkələrdə satışa çıxarılacaq. Dünya bazarlarında neftin qiymətində dalğalanmalar olsa da, ortalanma qiymət bu ildən yuxarı olacaq. Müəyyən müddətdə isə 120 dolları ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil. Qızılın qiymətində artımlar olacaq. Səbəb isə FES-nin bahalı dollar siyasətində yumşalmalara getməsidir. Üzümüzə gələn ildə həmçinin geoiqtisadiyyat dövrü gəlib çatacaq. Çin və Qərbin yeni mübarizə formatına keçməsi diplomatiya, geosiyasət və iqtisadiyyatı mürəkkəb döyüş meydanında birləşdirəcək. ABŞ dünyanın əsas ehtiyat valyutasının emitenti kimi qlobal maliyyə sahəsində hegomonluğunu hələ qarşıdakı illərdə də saxlayacaq. Çin qlobal ticarətə və siyasətə daha çox təsir göstərməyə çalışacaq. Amma ABŞ-dan başqa Hindistanın da iqtisadi cəhətdən güclənməsi onun problemlərini artıracaq. Eyni zamanda Himalay dağlarında Hindistan-Çin gərginliyinin də artma ehtimalı var”.
“Avropanın iqtisadi həyatında vəziyyət o qədər də yaxşı olmayacaq. Ukraynadan qaçqın axınının və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacaq. Bu da Avropa ÜDM-nə mənfi təsir edəcək. 2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq. Əvvəlki illərdən fəqli olaraq qloballaşma meylləri azalacaq. Dünya iqtisadiyyatı “müharibə iqtisadiyyatı” rejiminə keçəcək və milli iqtisadi faydalar qloballaşmadan daha önə çıxacaq. Bu da “Qloballaşma ideologiyası”nı sarsıdacaq. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı öz mövcudluğunun dünya üçün vacib olmasını göstərmək üçün pandemiyanın başa çatdığını və təhlükəsiz həyatın başladığını elan etməyəcək. Müddətlər uzaldılacaq. Dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmaq üçün yeni ehtiyat valyutadan istifadə etməklə bağlı cəhd göstərəcəklər. Amma bu, yaxın bir neçə ildə mümkün olmayacaq”.Sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar